24 C
Baku
Friday, September 27, 2024

Hippokrat andı

Hippokrat andı – həkimin mənəvi-etik davranış prinsiplərinə əsaslanan həkim andıdır.

2 min il yarım Elladada yaşayan Hippokrat müasir dövrümüzə qədər gəlib çatmış həkimlik andının müəllifidir. O belə hesab edirdi ki, “tibb əslində bütün incəsənət növlərinin ən nəcibidir. Lakin tibblə məşğul olan insanların cahilliyi və onları mühakimə edən insanların verdiyi qeyri-ciddi hökmlər səbəbindən indi təbabət incəsənətin ən dərin pillələrinə enib”. Hippokratın fikrincə məhz bu peşəni seçən insanlar öz işlərinə ilk növbədə andiçmə ilə başlamalıdırlar.

O belə hesab edirdi ki, həkimlik andının xüsusi əhəmiyyəti var. Gələcəkdə tibbin əsasını qoyan insanlardan biri olan Hippokrat həkimlərdən bu andı içməyi tələb edirdi.

Hippokrata məxsus olan həkimlik andı müasir dövrümüzə qədər öz mövcudluğunu qoruyub saxlaya bilib. Bu and kiçik dəyişikliklərdən sonra hələ də tibb universitetlərinin məzunları tərəfindən oxunur.

1948-ci ildə  Beynəlxalq Tibb Assosiasiyasının Baş Assambleyası “Cenevrə deklarasiyası”-nı qəbul etdi. Bu deklarasiya da öz növbəsində Hippokrat andı ilə mahiyyətcə eynidir.

1949-cu ildə isə Baş Assambleya özünə Cenevrə deklarasiyası da daxil olmaqla həkim etikası kodeksini qəbul etdi.

Bununla yanaşı, bəzi ölkələrin özlərinin də “Hippokrat andları” da var.

Son xəbərlər
Digər xəbərlər