19 C
Baku
Friday, September 20, 2024

İstanbulda azərbaycanlı iş adamı öldürülüb

İstanbulda azərbaycanlı iş adamı Etimad İsmayılov öldürülüb.

“Habertürk”ə istinadən məlumata əsasən, şəhər ofislərinin birində Etimad İsmayılov və Gözəl Dəmirov arasında borca görə qarşıdurma yaranıb. Nəticədə G.Dəmirov atəş açıb.

Etimad İsmayılov təcili tibbi yardım xidməti tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Image result for Etimad Ä°smayılov

Məlumta əsasən, cinayətkar Gözəl Dəmirov polis tərəfindən saxlanılıb. O, Bakının Suraxanı rayonunun polis rəisi olub.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri və Azərbaycanın ilk ədliyyə naziri İlyas İsmayılovun oğlu və tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı olub.

https://www.youtube.com/watch?v=Es2YHVM5vRo

– Trend

İstanbulda azərbaycanlı iş adamı Etimad İsmayılovun qətlində şübhəli bilinən Gözəl Dəmirov saxlanılıb.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabiq polis rəisi olan G.Dəmirov gecə saatlarında keçirilən xüsusi əməliyyat nəticəsində Beşiktaş Etilər məhəlləsində ələ keçirilib.

Son xəbərlər
Digər xəbərlər