11 C
Baku
Monday, November 25, 2024

Süni qiymət artımı gözlənilir

Əslində hər birimiz maddi durumumuzun daha da yaxşı olmasını, sosial rifahımızın qalxmasını istəsək də, qiymətlərin heç bir zaman artmasını istəmirik. Buna baxmayaraq ölkəmizdə qiymət artımı hələ də davam edir. Bu yaxınlarda benzin və dizel yanacağının qiymətinin qalxmasından sonra, ölkədə demək olar ki, hər bir sahədə qiymət artımı baş verdi.

Artıq şəhərlərarası müəyyən nəqliyyat vasitələrində gediş haqqları 1-2 manat məbləğində artırılıb. Ekspertlərin fikrincə, qarşıda növbəti addım kimi kommunal xidmətlərin qiymətinin artması  gözlənilir. Çünkü bir başa olaraq enerji daşıyıcılarının bahalaşması kommunal xidmətlərə də təsir göstərəcək. .Xatırladaq ki, anoloji vəziyyət 2007- ci ildə də baş vermişdi.

Enerji daşıyıcılarının qiymətinin qalxması bütün sektorlarda həm xidmətlərin, həm də qiymətlərinin artmasına səbəb olmuşdu. Nəzərə alsaq ki, sonuncu dəfə pensiyalar keçən ilin sonunda  qalxıb, vəziyyətin daha kritik olduğunu siz də başa düşərsiz. Bəs maaşlar və təqaüdlər nə vaxt qalxacaq? Axı, ölkədə ancaq bu təqaüdlə dolanan, həm kommunal xərclərini, həm də digər  aylıq xərclərini ödəyən yüzlərlə təqaüdçü var. Hələ narazıçılıq edən tələbələri demirəm. Bu qədər az təqaüdlə onlar hansı ehtiyaclarını ödəyə bilərlər?

Uşaqlıqdan bəri eşitdiyimiz “elm  bütün biliklərin açarıdır” kəlməsini reallaşdırmaq sizcə bu qədər təqaüdlə mümkündürmü? Axı tələbələrin bir həssəsi Bakıya təhsil almaq üçün uzaq rayonlardan gəlib kirayə evlərdə qalır. Təəssüf olsun ki, bu qədər pulla onlar heç kitab ehtiyaclarını da tam olaraq ödəyə bilmirlər. Ən dəhşətlisi isə odur ki, bəzi tələbələrə heç valideynləri də kömək edə bilmir. Çünki onların bəzilərinin maddi durumu ürəkaçan olmasa da, bəzilərinki isə lap acınacaqlıdır. Hətta bəziləri yalnız aldıqları sosial yardımla dolanırlar.

Həmçinin ötən ilin son aylarında da kreditlər üzrə orta faiz dərəcəsində də artımlar müşahidə olunub. Belə ki, ötən ilin sonu kreditlər üzrə orta faiz dərəcələri artaraq manatla 14,44%,  xarici valyuta ilə isə 14,52% təşkil edib.

Qarşıda Novruz bayramı gəlir. Görəsən bayram ərəfəsində yenə də qiymət artımı baş verəcək? Əlbəttə baş verəcək. Çünki bu bir adət halına artıq çevrilib. Ancaq nəzərə alın ki,
belə artım süni qiymət artımıdır. Alıcılar çalışırlar ki, daha çox bayram ərəfəsində bazarlıq etsinlər. Əlbəttə istəyirlər ki, onların da bayram süfrəsi bol olsun. Belə olan  halda idxala məsul olan sahibkarlar da bunu izləyirlər. Onlar həm ölkə daxilində istehsal olunan məhsulun topdansatışı ilə, həm də idxal olunan məhsulun satışı ilə məşğul olduqlarından yaranmış vəziyyətən çox məharətlə istifadə edirlər. Yəni, düşünürəm ki, bizdə qiymət artımı Novruz bayramı ərəfəsində müşahidə ediləcək. Bütün bunlara baxmayaraq sizlərə səbrli olmağı arzulayıram. Ümidinizi qırmayın…

Son xəbərlər
Digər xəbərlər