Departament: İnformasiya Texnologiyaları Departamenti
Vəzifə: Aparıcı sistem inzibatçısı (məlumat bazasının adminstratoru)
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
Verilənlər Bazasının İdarəetmə Sisteminin (VBİS) proqram əməliyyatının konfiqurasiyası, quraşdırılması və serverin əməliyyat sisteminin yüklənməsi;
VBİS-in təhlükəsizliyinin təmin edilməsi;
Məlumatların saxlanmasının effektivliyinin və səmərəliliyinin artırılması üçün konfiqurasiyanın sazlanması (həmçinin Əməliyyat Sisteminin sazlanması), VBİS-in işinin monitorinqi;
VBİS-in rezerv kopyalanması və bərpası;
Xəta halında nasazlığın lokalizasiyası və işin bərpası;
VBİS-ə dair plan üzrə profilaktik xidmətlərin təşkili;
VBİS sisteminin daha təkmil fəaliyyəti üçün müxtəlif texnologiya və metodların nəzərdən keçirilməsi və tətbiqi;
SQL və saxlanma prosedurlarına dair developerlərə yardım göstərilməsi;
Mövcud SQL sorğuların daimi gözdən keçirilməsi və optimallaşdırılması;
Əmrlər Sətiri (CL – Command Line) ilə rahat işləmə bacarığı;
VBİS mühitinin sənədləşməsi.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ:
Müvafiq sahə üzrə ali təhsil (tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s);
Səlis Azərbaycan, yaxşı səviyyədə ingilis və rus dili bilikləri;
VBİS-in Oracle üzrə idarə edilməsinə dair ən azı 3 il iş təcrübəsi (MSSQL üzrə biliklərin olması arzu olunandır);
Windows/Unix mühitində yüksək iş təcrübəsi
SQL, PL / SQL-lə iş təcrübəsi, kompleks sorğular yazmaq bacarıqları;
ODİ (Oracle Data İntegrator) barədə biliklər;
VBİS-in idarə edilməsi üzrə digər biliklər üstünlükdür (MySQL, PostgreSQL, MSSQL və s.)
Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.