13 C
Baku
Sunday, November 24, 2024

“Akkord”un sement zavodu mühasib, baş mühasib və hüquqşünas axtarır

– Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
– İş yeri: Qazax

1. Baş mühasib.

Namizədə tələblər

– Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
– Minimum 4 il müvafiq sahə üzrə iş təcrübəsi.
– Yaş həddi 28-40
– MS Office – Word, Excel, 1C (8.2) proqramlarını mükəmməl bilməli
– Rus və İngilis dillərini əla səviyyədə bilmək
– Beynəlxalq mühasibat uçotu standartları sahəsinədə sertifikasiyası olmalı.
– Vergi qanunvericiliyini mükəmməl bilmək
– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
– İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalı

Əsas vəzifə öhdəlikləri:

– Müəssisənin mühasibat uçotunun Beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması prosesini həyata keçirir və onu təşkil edir.
– Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatı məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
– Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının zavodun təsərrüfat maliyyə fəaliyyətinin yekun əməliyyatları uçotunu təşkil edir.
– Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir, təqdim olunan hesabatların doğruluğuna görə məsuliyyət daşıyır;
– Təhtəl hesab, şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edir;
– Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqliyini təmin edir.
– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edir.
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə material qiymətlərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
– Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
– Qanunvericiliyi və ona uyğun işlənib hazırlanmış bütün mühasibat uçotu standartlarını və uçota dair digər normativ sənədləri rəhbər tutaraq mühasibat uçotunun ümumi prinsiplərinə riayət edilməsinə nəzarət etmək;
– Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi məlumatların verilməsi və işlərinin aparılmasını təmin etmək;
– Maliyyə departamenti direktorunun tələb etdiyi forma və müddətlərdə fəaliyyətlərinə aid hesabatların işlənib hazırlanması və təqdim edilməsi;
– Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Debitor və kreditor hesablaşmaların aparılması;
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
– Mal-materialların uçotunun aparılması;
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
– Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.


2. Mühasib.

Namizədə tələblər

– Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
– Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi.
– Yaş həddi 25-40
– MS Office – Word, Excel, 1C (8.2) proqramlarını mükəmməl bilməli
– Riyazi qabiliyyəti mükəmməl olmalı
– Vergi qanunvericiliyini bilmək
– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
– İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalı
– İngilis dili biliyi arzuolunandir
– Beynəlxalq mühasibat uçotu üzrə biliyin olması arzuolunandır.

Əsas vəzifə öhdəlikləri:

– Təsərrüfat maliyyə fəaliyyətlərinin baş verməsi anında onları əks etdirən ilkin uçot sənədlərinin işin icraçıları
tərəfindən (ERP proqramında) tərtib edilməsini təmin edərək nəzarət edir
– Əməliyyat xərcləri, inzibati xərclər və gəlir maddələri üzrə hesabların uçotunu aparır, tələb olunan formatda və
müddətdə hesabat və məlumatları təqdim edir;
– Səlayihəyyitinə aid olan daxili əməliyyatların gündəlik olaraq analitik uçotunu aparır;
– Ona verilən tapşırıq əsasında debitor və kreditorları üzrə əməliyyatların uçotunu aparır ;
– Əmək haqqı və ona bərabər tutulan ödənişlərin, ezamiyyət xərclərinin hesablanmasını həyata keçirir və ödənilməsinin
uçotunu aparır;
– Sifariş edilmiş və alınmış mal-materialların mədaxil və məxaric (sərf) əməliyyatlarının uçotunu və dövri
inventarizasiyasını aparır, tələb olunan formatda hesabat və məlumatları təqdim edir;
– İcarəyə, müvəqqəti və birdəfəlik istifadəyə verilən vəsaitlərin uçotunun aparır və təqib edir;
– Təhtəl hesab, şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edir;
– Subpodratçılarla əlaqədar mal-material, xidmət, ödəmələr, zəmanət və avanslarla əlaqədar hesablamaları həyata keçirir
və uçotunu aparır;
– Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, azqiymətli və tezköhnələn əşyaların uçotunu, amortizasiyasını və dövri
inventarizasiyasını aparır, tələb olunan formatda hesabat və məlumatları təqdim edir;
– Məhsulun (mal və xidmətin) maya dəyərinin hesablanmasını həyata keçirir və uçotunu aparır;
– Dövlət bütçəsinə və digər dövlət qurumlarına veriləcək hesabatları tərtib edərək təqdim edir.
– Ödəmələrin, sosial sığorta ayırmalarının, vergilərin hesablanmasını və ödənilməsini həyata keçirir;
– Daxili mühasibatlıq üzrə ilkin sənədlərin müəyyən olunmuş qaydada saxlanılmasını (qovluqlara tikilməsini) və
arxivləşdirilməsini həyata keçirir;
– Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi dəstək verilməsi;
– Maliyyə Departamenti rəhbərliyinin tələb etdiyi forma və müddətlərdə fəaliyyətlərinə aid hesabatların işlənib
hazırlanması və təqdim edilməsi;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı
əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə
keçirilməsinə nəzarət və iştirak
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Gündəlik və aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
– Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.


3. Hüquqşünas.

Namizədə tələblər

– Ali təhsil (hüquq)
– Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi.
– Yaş həddi 30-40
– MS Office – Word, Excel proqramlarını mükəmməl bilməli
– Azərbaycan və İngilis dillərini əla səviyyədə bilmək
– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
– İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalı

Əsas vəzifə öhdəlikləri:

– Müəssisənin adından məhkəmədə nümayəndə kimi iştirak edilməsi, pretenziyaların, iddia ərizələrinin və digər
prosessual işlərin yerinə yetirilməsi;
– Müəssisəyə daxil olan yerli və xarici müqavilələrlə, hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə, müvafiq
qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
– Müəssisənin hüquq və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin
qarşısında müdafiə etmək.
– Müəssisənin struktur bölmələri tərəfindən qanunvericiliyə riayət olunmasının, hüquqi ekspertiza və normativ-hüquqi
təminat işinin aparılması vəziyyətini təhlil etmək, bu sahədə qanun pozuntularını müəyyən etmək, müvafiq təkliflər
hazırlayıb rəhbərliyə təqdim etmək.
– Müəssisənin daxilində hazırlanan əmr, təlimat, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin
layihələrinin ekspertizasını həyata keçirmək və zərurət olduqda rəhbərliyin tapşırığı əsasında bu layihələrin
hazırlanmasında iştirak etmək.
– Müəssisənin struktur vahidləri tərəfindən bağlanan hüquqi və mülki müqavilələrin, təqdim edilən müqavilə
layihələrinin ekspertizasını həyata keçirmək.
– Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını göstərərək  [email protected]  ünvanına göndərə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər