6 C
Baku
Sunday, December 15, 2024

Neft bazarında qlobal oyun qaydaları dəyəşir – Xeyrimizədir

Hazırda Bakı vaxtı ilə saat 9:53 radələrdinə Brent neftinin 1 barelinin qiyməti 81,41 dollardır. Məlumata görə, Azərbaycan nefti “Azeri LT CIF”in 1 barelinin dəyəri hətta 82,21 dollar civarındadır. Bu bahalaşmaların əsas səbəbkarı şübhəsiz ki, neft hasilatında artımın olması ilə bağlı qərarın olmamasıdır.

OPEC və bu təşkilata üzv olmayan ölkələrin son birgə toplantısında hasilatın artırılması ilə bağlı qərarin qəbul edilməməsinə qlobal neft bazarı qısa zamanda reaksiya verib. Brent markalı neftin bir barelinin dünya bazar qiyməti 2015-ci ildən sonra ilk dəfə olaraq 80 dollarlıq psixoloji həddi keçib.

neft oil
Neft buruqları

Bu Azərbaycan neftin hər barelinin 80 dollardan daha baha satılması deməkdir. Bir tərəfdən OPEC+ razılıq əldə edə bilmədi, digər tərəfdən isə ABŞ-ın İrana tətbiq etdiyi sanksiayalar qobal təklifin gündəlik 1,1 milyon barel azalmasına səbəb olur. Bu isə tələb və təklif arasında fərqin genişlənməsinə və nəticədə neftin dünya bazar qiymətində artımlara gətirib çıxarmaqdadır.

OPEC-in son toplantasından sonra “JP Morgan” Brent markalı neftin hər barelinin qiymətinin yaxın zamanlarda 90 dollara çatacağını proqnozlaşdırıb. Digər tərəfdən isə, dünya üzrə ümumi iqtisadi tempinin bir müddət öncə azaldılmasına rəğmın neftə tələbin artması müşahidə edilməkdədir. Xüsusən, Çin və Hindistanda neftə tələbin artması qeydə alınır. Növbəti 20 ildə isə neftə olan tələbin gündəlik 14.5 milyon barrel artacağı proqnozlaşdırılır ki, bu da 2040-ci ildə gündəlik 111.7 milyon barel istehlak deməkdir.

İqtisadşı-eksper Vüqar Bayramov bildirir ki, ABŞ Prezidenti Trampın twitləri də artıq neft bazara təsir göstərmir. Əslində bu twitlərdə məqsəd qiymət azalmalarına nail olmaqdan daha çox, Birləşmiş Ştatlar Administrasiyasının yüksək qiymətlərdən heç də məmun olmadığını nümayiş etdirməkir. ABŞ neftin qiymətinin stabilləşdirilməsi üçün twitlərdən başqa real heç bir addım atmaqda maraqlı görsənmir. Sanksiyalara məruz qalan İran isə OPEC toplantısından öncə yeni razılaşmaya imkan verilməyəcəyini bəyan etdi və buna da nail ola bildi. 300 milyard barreldən çox neft ehtiyatları ilə dünyada ən zəngil neft rezervinə malik olan Venesualada isə iqtisadi böhran neft sektorunu da bürəməkdədir. ABŞ-ın mesajlarına dəstək olan Səudiyyə Ərəbistanı isə bu ilin dekabr ayında keçiriləcək OPEC-in növbəti toplantısında hasilatın artırılması ilə bağlı qərar qəbul etməyə çalışır.

Neftin 10 dollar bahalaşması əlavə 6,4 mln gəlirimizdi

Vüqar Bayramov bildirir ki, Azərbaycanın gündəlik neft ixracatın 641 min barrel olduğunu nəzərə aldıqda qiymətin 10 dollar atması konsursium daxil olmaqla ölkə üçün 6 milyon 410 min dollar gündəlik gəlir deməkdir. Bu vəsaitdən xərc çıxalandan sonra qalan mənfəətin 75 faizi ölkəmizə çatır. Göründüyü kimi, neftin dünya bazar qiymətindəki artımlar Azərbaycan üçün əlavə valyuta daxil olmaları deməkdir.

Bununla belə, bu ilin noyabr ayı neft bazarı üçün əhəmiyyətli olacaq. Həmin ay ABŞ-da aralıq seçkilər keçirilir və bu seçim nəticəsi hətta Ağ Evdə belə dəyişikliklərə səbəb ola bilər. Digər tərəfdən isə, ABŞ noyabradək İrandan neft idxalını dayandırmayanlara sanksiya tətbiq etməyi planlaşdırır. Göründüyü kimi, dünya neft bazarında qlobal oyun qaydalarına yenidən dəyişikliklər edilir.

Son xəbərlər
Digər xəbərlər