26 C
Baku
Tuesday, April 30, 2024

Səhm: Adi və imtiyazlı səhmlər

Səhm – öz sahibinə emitentin (səhmi buraxan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı həmin əmlakın bir hissəsini əldə etmək hüququnu verən pay qiymətli kağızıdır. Səhmin iki növü vardır:

  • Adi səhm
  • İmtiyazlı səhm

Adi səhm – sahibinin səhmdar cəmiyyətinin gəlirinin bir hissəsini dividend şəklində almaq, cəmiyyətin idarə edilməsində iştirak etmək və ləğv edildiyi halda yerdə qalan əmlakın bir hissəsini əldə etmək hüquqlarını təsbit edir.

İmtiyazlı səhm – sahibinin malik olduğu səhmin nominalından müəyyən faizlə ifadə olunmuş ölçüdə dividend almaq hüququnu təsbit edir və bu dividendin alınmasında digər adi səhm sahiblərinə nisbətən üstünlük hüququnu təmin edir.

Səhmlər aşağıdakı hallarda buraxılır:

  • Səhmdar cəmiyyətlə yaradıldıqda
  • Müəssisənln və ya təşkilatın səhmdar cəmiyyətlnə çevrilməsi zamanı
  • Nizamnamə kapitalının artırılması zamanı

Səhmlərin bir neçə xüsusiyyəti var:

  • Səhm – mülkiyyət tituludur
  • Səhmin “mövcudluğu” müddəti yoxdur
  • Səhmlərə bilinməzlik xasdır
  • Səhmlərə məhdud məsuliyyət xasdır
  • Səhmlər bölünə və birləşə bilərlər
Son xəbərlər
 ⁠
Digər xəbərlər