Vergilər naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiya rəhbəri Məhəmməd Əl Korşi ilə görüşüb.
Banker.az bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Görüşdə vergi siyasəti və vergi inzibatçılığı sahəsində aparılan islahatlar, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Bildirilib ki, Azərbaycan beynəlxalq iqtisadi və maliyyə qurumları ilə, o cümlədən IMF ilə sıx əməkdaşlıq edir və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı fondun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.