Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl Səud ABŞ prezidenti Donald Trampla telefon danışığında İrana qarşı sanksiyaları, neft bazarının sabitləşməsi üzrə səyləri müzakirə edib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) özünün “Twitter” sosial şəbəkəsindəki mikrobloqunda bildirib.
XİN-in məlumatına görə, danışıqlarda söhbət neft bazarının sabitliyinin təmin edilməsi, dünya iqtisadiyyatının artımı üçün neftin nəqlinin dəstəklənməsinə səy göstərilməsindən gedib.
XİN bildirib ki, kral həmçinin Trampla iki ölkə arasında strateji tərəfdaşlıq sahəsində münasibətlərin inkişafı yollarını, dünyada və regionda hadisələrin inkişafını müzakirə edib.