— Özünüz haqda danışın. Hansı mərhələlərdən keçdiniz, hansı dövrləri qeyd edərdiniz?
— Mən Bakı şəhərində anadan olub böyüdüm. 23 saylı (o vaxtlar A.S. Puşkin adına) məktəbi bitirdim, elektronika mühəndisliyi ixtisası üzrə Azineftekim-in məzunuyam. Evliyəm, bir oğlum və bir qızım var.
Karyeramın inkişafı zamanı dörd iş yeri dəyişdim. Hal-hazırda işlədiyim AGBank mənim beşinci iş yerimdir.
Sırf bank sektorunda informasiya texnologiyaları istiqamətində ardıcıl 22 ildən artıq iş təcrübəm var. İlk öncə HSBC Banking Group-da Azərbaycanda və BƏƏ-də işləmişəm, 2005-ci ildə isə Vətənə qayıtdıqdan sonra və bu günə qədər AGBankda, tərkibinə İT-nın müxtəlif istiqamətləri ilə əlaqəli üç departament daxil olan Bankın İT kurator rəhbəri olaraq çalışıram. 2015-ci ilə qədər AGBankının İdarə Heyətinin üzvü, uzun illər AGBankın Strateji Planlaşdırma Qrupunun və AGBankın Müşahidə Şurasının nəzdində Risklərin İdarəedilməsi Komitəsinin üzvüyəm.
Hər dövrün öz müsbət cəhətləri və mürəkkəblikləri var idi, lakin AGBank-da iş dövrü mənim üçün xüsusilə qiymətlidir, belə ki, mən şəxsən bu mərhələni çoxpilləli və mütəmadi, arası kəsilməyən uyğunluq testinin təhvili kimi qiymətləndirirəm.
Əgər HSBC-də məsuliyyətin həm aşağı, həm də yuxarı çox səviyyələrə ayrılması mövcudluğunda, öz müəyyən şəxsi məsuliyyət dəyəri müəyyən məsələlər və layihələr üzrə ölçülə bilərdisə, AGBankda mənə İT-nin bütün istiqamətləri üzrə, həm gündəlik fəaliyyəti, həm də inkişaf perspektivləri baxımından çoxsəviyyəli məsuliyyət dərəcəsi etibar edilib. Bu Bank və rəhbərliyi tərəfindən böyük etimaddır, hansı ki, yığılmış təcrübə və biliklərimi maksimum reallaşdırılma və eyni zamanda təcrübə və biliklərimin daim inkişafını məndən tələb edir.
— AGBank-a necə gəldiniz və niyə məhz bu bankı seçdiniz?
— 2005-ci ildə ölkəmizin bank sektoru da daxil olmaqla, bir neçə təşkilatdan iş təkliflərini nəzərdən keçirməyə imkanım var idi. İndiyədək mənə təklif göndərən hər bir banka və görüşlər zamanı tanış olmaq şərəfinə layiq olduğum hər bir insana minnətdaram və hörmətlə yanaşıram, lakin seçimim sonunda Azəriqazbankda dayandım (AGBankın əvvəlki adı).
Əlbəttə ki, mənim seçimimə bank sektorunun və ölkənin işgüzar dairəsinin mənə şəxsən tanış olan nümayəndələrinin Azəriqazbankın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin peşəkar nüfuzun və şəxsi avtoritetinin, həmçinin bütövlükdə Azəriqazbank komandasının peşəkarlığının çox yüksək qiymətləndirmələri təsir etmişdir. 1998-99-cu illərdə kəskin böhran zamanı Bank müştərilərinə çətin vəziyyətini açıq şəkildə bildirmiş, lakin vəziyyəti həll etməyə söz verib və vədini yerinə yetirmə faktı çox böyük təəssürat yaratmışdır. Fikrimcə, bunun arxasında, vədin yerinə yetirilməsini nəzərdə tutan bir məqsədin ətrafında komandanın misli görünməmiş toplanması idi. Şəxsən mənə bu günə qədər bank sektorunda buna bənzər hadisələr məlum deyil.
Azəriqazbankda mən bir top-menecer və ya səhmdar ilə deyil, Bankın komandası ilə görüşmüşdüm. Görüşün nəticəsi olaraq başa düşdüm ki, Azəriqazbankdakı komandanın yekdil rəyi mənim Banka daxil olmağıma qərar qəbul etmək üçün zəruri bir amildir. Bundan əlavə, kifayət qədər aktiv dialoqumuz zamanı biz artıq müəyyən strateji məqsədləri görürdük, Bankın qeyri-kritik məsələlərini yana yönəltməyə müvəffəq olduq, ən başlıcası isə təqdimatdan aydın qeyd edilmiş prioritetləri olan müəyyən bir perspektiv planın tədqiq etdirilməsinə dair birgə məhsuldar iş görmüş hissi ilə çıxdım. Azəriqazbank komandasında digər çoxsaylı və hətta avtoritet fikirlərlə üst-üstə düşməyən öz mövqeyinə malik ola və müdafiə edə biləcəyimi gördüm, səni dinləyib və eşidirlər, və ən önəmlisi, məni maraqlandıran və Bank üçün vacib olan məsələlər müəyyənləşdirildi. Hələ formal işə qəbul olunma proseduru baş verməmiş, özümü Azəriqazbank komandasının üzvü kimi hiss etdim, və bu günə qədər hiss edirəm.
— Sizin fikrinizcə, müasir bankın inkişafında İT-nın rolu nədir, bu günə qədər necə dəyişmişdir və gələcək persperktivdə İT sahəsinin rolunu bank sektorunda necə görürsünüz?
— Bankın inkişafında informasiya texnologiyalarının rolu və məqsədi dünən, bu gün və sabah bankın biznes strategiyası müəyyənləşdirəcəkdir. Sadəcə, bu gün və gələcəkdə, informasiya texnologiyaları istiqamətində bank inkişafının tərkib hissəsinə əhəmiyyət verilmədiyi təqdirdə biznes strategiyasının uğurla həyata keçirilməsi ehtimalı çox azdır. Yenə də, müəyyən bir bankın inkişafında geniş informasiya texnologiyaları spektrindən hansı alətlər və vasitələr, hansı məhsullar, xidmətlər, hansı müştəri seqmentlərinin tələb olunduğunu bankın biznes strategiyası müəyyən edir.
Bu gün üçün inamla iddia etmək olar ki, istənilən bankın İT strategiyası onun biznes strategiyasının üzvi bir hissəsidir. Axı müasir bir bank öz məhsullar, xidmət və proseslərində texnoloji alət və metodikaları yerləşdirmədən öz məhsullar və xidmətlərinin rəqabətçi bazarın tələblərinə uyğunluğunu təmin edə bilməz.
Bank işinin inkişafında informasiya texnologiyalarının rolunun digər bir komponenti onların biznes vahidlərində çalışan mütəxəssislər arasında bölüşdürülməsidir. İnformasiya texnologiyasından istifadə artıq İT şöbələrinin sərhədləri ilə məhdudlaşdırıla bilməz, bu texnologiyalar və müvafiq metodologiyalar bankların biznes vahidlərində müxtəlif peşə kateqoriyalarının iş alətlərinə çevrilir. Eyni zamanda, İT şöbələrinin yeni məhsul və xidmətlərin təqdim edilməsi işi bu komanda və proseslərə biznes tərəfdaşlar, biznes analitiklərin orqanik şəkildə daxil edilmədən effektiv ola bilməz. Uzun müddətdir ki, biznes və sistem analitikləri, məlumat mütəxəssisləri, məhsul texnoloqları, proses analitikləri və bir çox başqa rollar informasiya texnologiyalarının inkişafında adi hala çevrilmişdir. Bankdan banka fərqli ola biləcək təşkilatı strukturdan asılı olmayaraq, informasiya texnologiyaları mütəxəssislərinin və biznes tərəfdən olan bu texnologiyalar üzrə təlim almış müxtəlif ixtisaslı mütəxəssislərin sıx funksional qarşılıqlı əlaqəsi fikrimcə müasir bankın səmərəli və rəqabətli inkişafı üçün zəruri şərtdir və birbaşa bu məhsulla əlaqəli biznesin müvəffəqiyyətliliyinə təsir göstərir.
Bu suala cavab verərkən müxtəlif xidmət kanalları vasitəsilə müştəriyə təklif olunan bank məhsulları və xidmətlərinin informasiya təhlükəsizliyi aspektini ötüb keçmək mümkün deyil. Müasir bank texnologiyalarının inkişafı müştərinin istənilən yerdən, real vaxt şəraitində, 24×7 ona bank məhsul və xidmətlərinin əlçatanlığını nəzərdə tutur. Bu kontekstdə informasiya təhlükəsizliyi aspekti bank xidmət və ya məhsulun keyfiyyət göstəricisinin ayrılmaz bir hissəsinə çevrilir. Cavabımı yekunlaşdırarkən qeyd edərdim ki, informasiya texnologiyaları üçün ayrılan strateji xərclər bankın əsas işinin inkişafında birbaşa və ya dolayı investisiya hesab edilməli və qiymətləndirilməlidir. Əgər bu xərclər orta müddətdə olsa da, əsas biznesin rentabelliyinin artması ilə kifayət qədər uyğunluğun prinsipi ilə birbaşa və ya dolayısı ilə əlaqəli ola bilməzsə, informasiya texnologiyalarının inkişaf strategiyası və bankın əsas fəaliyyətinin inkişaf strategiyası arasında ziddiyyət var ki, bu da strategiyaların mütləq şəkildə yenidən nəzərdən keçirilməsini tələb edir.
— İnformasiya texnologiyalarının ölkənin bank sektorunda və xüsusilə də AGBank-da bugünkü inkişaf səviyyəsinə dair fikirlərinizi bilmək istərdim, ələlxüsus müştəri xidməti ilə bağlı.
— Hesab edirəm ki, bank sektorunda informasiya texnologiyaları sahəsində həm ekspertlərin, həm də istehlakçıların əksər hissəsi bu texnologiyaların Azərbaycanın banklarında tətbiqi inkişaf dinamikasının yüksək səviyyədə olduğunu birmənalı şəkildə təsdiq edəcəkdir. Texnologiyaların bilavasitə əldə edilməsi və tətbiqi ilə yanaşı, informasiya texnologiyalarından istifadə etməklə bank işinin aparılması mədəniyyəti də olduqca artıb. Və bu sonradan müxtəlif texnologiyaların işlənib hazırlanan bank məhsulları və xidmətlərinə uçqunvari toxunması üçün çox etibarlı əsas və ilkin şərait yaradır. İnanmaq istərdim ki, bank işi informasiya təhlükəsizliyi texnologiyaları da daxil olmaqla qabaqcıl informasiya texnologiyalarını istifadə etmədən inkişaf perspektivlərini görməmiş səviyyəyə artıq çatıb və hətta keçmişik.
Yenə də qeyd etmək istərdim ki, qabaqcıl informasiya texnologiyalarının tətbiqi hər hansı bir bank üçün sırf məqsəd ola bilməz və bütün banklar arasında rəqabət kim daha çox proseslərini və xidmətlərini “rəqəmsallayıb” prinsipi tamamilə mənasızdır, əgər bu oxşar müqayisəli biznes istiqaməti olan, yaxın biznes həcmləri olan, banklar arasında oxşar müştəri seqmentləri ilə rəqabət aparılmırsa. Bu proses, təəssüf ki, hələ də bəzi banklarda baş verdiyi kimi, İT-nin menecerləri tərəfindən deyil, lakin informasiya texnologiyalarının tətbiqi sahəsində səriştəli biznes inkişafı rəhbərləri tərəfindən yönəldilməlidir. Daha əvvəl dediyim kimi, biznesin inkişafında həcm və mahiyyət baxımından doğru informasiya texnologiyalarının tətbiqi adekvatlığının obyektiv meyarı texnoloji xərclərin və əsas biznesdən əldə olunan gəlirlərin “bağlılığıdır”, yani investisiya qoyuluşundan müsbət gəlir. Bu kontekstdə texnoloji cəhətdən çox yüklənmiş biznes problemindən qaçmaqla yanaşı, həmdə qeyri-adekvat texnologiyalardan istifadə problemindən söhbət edirəm. Təəssüf ki, mənim fikrimcə, Azərbaycan bazarında hər iki problemin mövcudluğu qeyd edilə bilər.
Azərbaycan bank bazarında mövcud olan bir məsələyə toxunmaq istərdim ki, bəzi banklar məcburən və ya digər müəyyən səbəblərdən öz strukturlarında, demək olar ki, tam yararlı İT-biznes, bankın daxili istehlakı üçün tam İT istehsal dövrü inkişaf etdirilər, lakin ölkənin informasiya texnologiyaları bazarından “outsourcing” texnoloji dəstək və xidmətlər əldə etmək istəyi və ya imkanı yoxdur. Və burada problem hər zaman banklar tərəfində deyil, İT xidmətlərin məqbul və adekvat outsourcing bazarının inkişafı problemidir. İT texnologiyaları üçün ixtisaslaşmış İT-outsourcing bazarının inkişaf etmədiyi təqdirdə, bank məhsulları və xidmətlərinə daha mürəkkəb, qabaqcıl və uyğun olaraq daha bahalı texnologiyalara tələbat daha da dolğunlaşdığından, texnoloji bank xidmətlərinin inkişafı ləngiyəcək. Biz ya bazara daha texnoloji məhsul və xidmətlər buraxılması qabağını alınması, və ya həmin məhsul və xidmətlərin həm müştəri seqmentində, həm bazara bu məhsul və xidmətləri təqdim edən banklar seqmentində məhdud halda təmsil olunması seçimi ilə rastlaşacağıq.
Outsourcing İT bazarı həm hər hansı bir bank və ya banklar qrupu üçün bahalı qabaqcıl texnoloji xidmətləri həyata keçirilməsini, həmdə bu da bankların əsas biznesdə konsentrasiyası üçün daha çox imkanlara malik olmasına imkan verə biləcək mühafizəkar texnoloji xidmətləri təmin edə bilər. Xüsusilə, bu Azərbaycan texnoloji və bank bazarlarında kəskin ixtisaslı kadr çatışmazlığı yaşayan sahələr üçün aktualdır.
Başqa bir məsələ, istərsə ölkə daxilində, istərsə də xaricdən bir sıra outsourcing xidmətlərinin cəlb etdirilməsi üçün müvafiq qanunvericilik bazası hazırlanmalıdır.
AGBanka gəldikdə deyə bilərəm ki, həm daxili fəaliyyətində, həm də müxtəlif müştəri seqmentlərində müştərilərə xidmət göstərməsində informasiya texnologiyalarının tətbiqi sahəsində mütərəqqi inkişaf edirik. Fikrimcə, AGBank bu inkişafda bankın real biznes imkanları ilə şüurlu kafilik prinsipinə uyğun olaraq hərəkət edir, lakin rəqəmsallaşdırma naminə rəqəmsallaşdırma yarışına düşmədən. Bank internet və mobil texnologiyalar vasitəsilə müştərilərin yerləşdiyi yerdən asılı olmayaraq, 24×7 rejimində həm pərakəndə, həm də korporativ seqmentdə öz məhsul və xidmətlərinin mövcudluğunu təmin edir. AGBank müştərilərinə öz daxili korporativ sistemlərinin Bankın xidmət sistemləri ilə “qüsursuz” birləşməsini təklif edir, müştəri bank hesab və müqavilələri ilə birbaşa özünün korporativ sistemlərindən işləməsini təmin etməyə imkan yaradır. Eyni zamanda Bank, istifadə edilən texnologiyaların istehsalçı tərəfindən təmin edilmiş həcmdə Bankın məhsul və xidmətlərinin uzaqlaşdırılmış təhlükəsiz istifadəsi, kommunikasiya və əməliyyat səviyyələrində əlavə monitorinq və təhlükəsizlik mexanizmlərini konfiqurasiya etmək imkanını təmin edir.
AGBank bank xidmətlərinin daha da inkişaf etdirilməsi və bu xidmətlərin lazımi və kifayət qədər təhlükəsizliyini təmin etməsi üçün zəruri və adekvat İT platformalara malikdir. Daha əvvəl qeyd etdiyim kimi, tələbkar müştərilər üçün Bank tərəfindən təmin edilən təhlükəsizlik səviyyəsinə əlavə olaraq, uzaqlaşdırılmış iş üçün təhlükəsizliyin daha yüksək səviyyədə seçilməsi imkanı var.
Tezliklə Bank genişləndirilmiş xidmət dəsti ilə müxtəlif seqmentlərdən olan müştəri xidməti üçün yeni Omni-kanal platformasına keçidi tamamlayacaq. Bu, bank tərəfindən istənilən vaxt və yerdə müştərilərə daha geniş bank əməliyyatlarını çatdırmaq imkanı yaradır. İnternet və mobil kanallara əlavə olaraq, Bank terminal xidmətləri vasitəsilə ən populyar və əlverişli terminal şəbəkələrində xidmətlər çeşidini inkişaf etdirir.
— Məlum olduğu kimi, AGBank xidmət sahəsində təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Bu barədə daha ətraflı məlumat verə bilərsinizmi?
— Daha əvvəl dediyim kimi, biz təklif etdiyimiz məhsul və xidmətlərin təhlükəsizlik səviyyəsini onların keyfiyyət göstəricisinin tərkib hissəsi kimi nəzərə alırıq. Bank tələb olunan təhlükəsizliyin səviyyəsini azaltmaqla xidmətlərin maya dəyərini ucuzlaşdırmayacaq. Bu, informasiya təhlükəsizliyi kontekstində xidmətlərin və məhsulların inkişafında Bankın siyasətidir. Eyni zamanda, yuxarıda qeyd etdiyim kimi, Bank təhlükəsizlik baxımından daha tələbkar müştərilərə əldə edilən bank xidmətləri ilə yanaşı, daha qabaqcıl təhlükəsizlik vasitələrini almaq imkanı verir, lakin Bank təklif olunan məhsulunun istismar xüsusiyyətləri və əməliyyat şərtləri ilə Bankın təklif etdiyi təhlükəsizlik tədbirlərinin uyğunluğunu tam təmin edir.
Bank bazarda təklif olunan texnoloji məhsul və xidmətlərin işlənib hazırlanması və çoxsəviyyəli test edilməsi metodologiyasına malikdir. Bank bu testlərə ölkədən kənar xüsusi outsourcing şirkətlərdən mütəxəssislər cəlb edir, mütləq şəkildə İT şöbələr tərəfindən çoxsəviyyəli nəzarəti və İT bölmələrdən müstəqil olan Bankın informasiya təhlükəsizliyi şöbəsinin outsourcing işlərinə nəzarəti həyata keçirilməsini təmin edir.
Bank öz daxili korporativ şəbəkəsinin, daxili sistemlərin və həyat fəaliyyətinin təhlükəsiz istismarının təmin edilməsinə məntiqəuyğun zəruri diqqət yetirir. Eyni zamanda, təhlükəsizlik yalnız texnoloji sistemlər tərəfindən deyil, həm də kompüter avadanlığına, proqram təminatına, məlumata, kommunikasiya vasitələrinə, işləmə vasitələri və ilkin işləmə kodlarına ciddi nəzarətdə olan giriş prosedurları vasitəsi ilə təmin edilir. İnformasiya təhlükəsizliyi metodologiyası həm daxili fəaliyyətə, həm də Bankın müştərilər ilə işinə ciddiyyət və nəzarət baxımından eyni tələblər qoyur.
AGBank təhlükəsizlik tələblərini həm Bankın işçiləri, həm avtomatlaşdırılmış sistemlər ilə fəaliyyət göstərən bütün xarici tərəfdaşlara, xarici prosessinq müəssisələrinə və ödəniş sistemlərinə şamil edir.
Biz, texnologiyalar əslində insanların təmin etdiyi təhlükəsizliyin təmin olunmasına sadəcə olaraq köməklik edir tanınmış qaydasına riayət edirik. Və kompleks təhlükəsizlik sistemlərinin texnoloji təchiz edilməsi Bank tərəfindən məntiqəuyğun zərurət və kafilik prinsipləri əsasında həyata keçirilir.
— Artıq 13 ildir ki, AGBank üçün çalışırsız. Sizin fikrinizcə, Bankın İT texnologiyaların tətbiqi sahəsində ən mühüm nailiyyətləri nədən ibarətdir?
— İcazənizlə, bu sualın cavabı olaraq işlədiyim dövrdə Bankda həyata keçirilmiş, hal hazırda tətbiq olunan və tətbiqi artıq planlaşdırılmış sistemlərin, texnoloji platformaların, layihələrin adlarını sadalamayacağam.
Mənim fikrimcə, Bank tərəfindən istifadə olunan informasiya texnologiyaları beynəlxalq standartların tələblərinə cavab verir, daim təkmilləşdirilir və istifadə olunan və istifadə üçün planlaşdırılan informasiya texnologiyaları baxımından Bank səlahiyyətli, etibarlı, təhlükəsiz və əlçatandır, bir sözlə – inkişaf strategiyasının çərçivəsində fəaliyyətini həyata keçirmək üçün lazım olan hər şey ilə texnoloji cəhətdən təchiz olunmuşdur, və gələcəkdə bu uyğunluğun qorunması üçün mütərəqqi şəkildə çalışır.
Bankın öz baxımından informasiya texnologiyalarının tətbiqi sahəsində mühüm nailiyyətlər Bankın zəruri hesab etdiyi və bir çox maliyyə, intellektual, insan və zaman resursların sərf edilməsini mümkün etdiyi bir çox layihələr hesab edilə bilər. Lakin daha dəyərli və obyektiv olan rəy Müştərilərimiz tərəfindən Bankın xüsusi xidmətləri və məhsullarının əhəmiyyətini qiymətləndirməsidir. Nəticəsində Bankın müştəriləri vacib hesab edən məhsulları və xidmətləri onlara əlçatan olan bütün layihələr vacibdir.
İnformasiya texnologiyalarının tətbiqi sahəsində Bankın əhəmiyyətli bir müvəffəqiyyəti olaraq, “müvəffəqiyyətlərə nail olmaq” komanda yanaşmasının Bankda qəti qəbul olunduğunu vurğulayardım.
Bu cavabda komanda yanaşması yalnız bölmələrdə dostluq edən insanlar şəklində komanda deyil, həmdə komanda mədəniyyəti, işin komanda təşkili, komanda səlahiyyəti, komanda inkişafı, komanda prosedurları və siyasətləri, qarşılıqlı əlaqə və yardım, fərdi ünvanla məsuliyyətin məcburi mövcudluğu şərti ilə komanda məsuliyyəti, komanda varisliyi və nəhayət komanda uğuru və ya komanda uğursuzluğu deməkdir. Bu halda “komanda” sözü ədəbi-pafos xüsusiyyəti daşımır, işin aparılmasının komanda metodologiyasını nəzərdə tutur.
Bu yanaşmanın əsasını mənim Banka gəlməmişdən xeyli qabaq Bankın fəaliyyətində qoyulub. Sadəcə zaman keçdikcə, bu yanaşma zənginləşdirilmiş və müxtəlif texnologiyalar və layihələrin idarə alətləri, kommunikasiya və sualların genişlənməsi mexanizmləri və alətləri, səlahiyyətləri idarə etmək üçün metodologiyalar, bilik yığımı və təcrübə və biliklərin vərəsəliyi, nəzarət təmin edilməsi metodologiyaları, məsuliyyətin hüdudlaşdırılması və konsentrasiyası, kompleks qruplar təşkil etmək üçün metodologiyalar, test etmə metodologiyası, qərar vermənin paylaşdırılması metodologiyaları, komandaların fəaliyyətinin nəticələrini və komanda motivasiyasını qiymətləndirmək üçün metodologiyalar ilə zənginləşdirilməyə davam edir.
Bankın şaquli təşkilatı strukturunun mövcudluğu halda, komanda üfüqi təşkilatı funksional qurum halına gəlmişdir. Komandaların rəhbərliyi rəsmi iyerarxiyaya qoşulmaqdan və inzibati başçılığı ifadə etməkdən əl çəkdi, müxtəlif resurs və vəzifələrin idarəedici funksiyasına çevrildi. Komanda tələb olunan bacarıq və qabiliyyət prinsipinə əsasən fərqli ixtisaslardan, müxtəlif bölmələrdən, fərqli iş iyerarxiyasından insanları birləşdirməyə başladı. Komandanın hər bir üzvünün məsuliyyəti fərdiləşdirilmişdir, komanda üzvlərinin motivasiyası və həvəsləndirməsi isə rəsmi əmək haqqına istinad etmədən layihə üçün ayrılmış motivasiya büdcəsinə və fərdi təzminat göstəricisinə uyğun olaraq həyata keçirilir, bütün komandanın uğuru məcburi sürətdə tanınması təqdirdə.
Məcburi sənədləşmə metodologiyası vasitəsilə səlahiyyət və biliklərin davamlılığına nail olmağı qeyd etmək çox vacibdir. Təkcə mənim Bankda işlədiyim zaman, ümumi İT qrupda mütəxəssislərin artıq beşinci gənc nəsli işləyən sahələr var ki, onların görmədiyi mütəxəssislər tərəfindən tətbiq edən layihələrin sənədlərindən istifadə etmək imkanları var.
Bankın işinin və inkişafının komanda metodologiyasının qorunması və davamlı inkişafı AGBankın əhəmiyyətli nailiyyəti hesab edirəm. Bu müvəffəqiyyət həm Banka, həm də Müştərilərə, həlli Bankın səlahiyyətlərindən kənara çıxmadığı halda, Bank tərəfdən hər hansı bir böhran şəraitini aradan qaldırmaq əminliyini verir.
—Sonuc olaraq, planlar haqqında bilmək istərdim. İT-kuratorlar kimi yaxın gələcəkdə növbəti hədəfləriniz nədir?
—Ölkənin bütün banklarında olduğu kimi, AGBankda strateji planların və onlara əsaslanan əməliyyat planlarının hazırlanmasına dair qüvvədə olan təcrübəyə malikdir. Bu, biz rəhbərlik etməmiz lazım olan bir formal təcrübədir.
Yaxın gələcəkdə sistemlər kontekstində Bankın əsas əməliyyat sisteminin yeni versiyası üçün təkmilləşdirilməsinin başa çatdırılması, müxtəlif seqmentlərdən olan müştərilər üçün uzaqlaşdırılmış xidmət kanalları vasitəsilə xidmət çeşidinin genişləndirilməsi ilə yeni omni-kanal platformasına miqrasiyanı tamamlanması, xarici hücumlar və insayder tərəfdən potensial hücumların qarşısını almaq üçün sistemlərin yenilənməsi üçün layihələrin tamamlanması, eləcə də informasiya təhlükəsizliyi istiqamətində analitik sistemlərinin tətbiqi.
İşin təşkili baxımından biz təzəlikcə İT kurasiyada yenilənmiş təşkilati struktura keçdik. Qarşıda yeni iş təlimatlarını, siyasətlərini və prosedurlarını yeniləmək və təsdiqləmək durur. Layihələrin aparılmasında “agile” yanaşmanı dəstəkləyən vasitələrin alınması və həyata keçirilməsini güman edirik.
Bir sözlə, planlar var və onlar məqsədəuyğun bir planlaşdırma perspektivi üçün konkretdir. Daha böyük bir perspektivə fikirlər, arzular, istəklər var. Və ən əsası – əldə edilmiş nailiyyətlər hissi var, davamlı olaraq əldə edilən nəticələrdən məmnuniyyətsizlik hissi ilə qarışıq.
Hamımıza – tərəfdaşlarımıza, rəqiblərimizə, bank sektoruna, ölkəmizə uğurlar və yeni nailiyyətlər arzulayıram.