16 C
Baku
Tuesday, April 30, 2024
Home Xəbərlər Xarici xəbərlər Bu il Nobel Sülh Mükafatına namizədlərin adları məlum olub

Bu il Nobel Sülh Mükafatına namizədlərin adları məlum olub

0
Bu il Nobel Sülh Mükafatına namizədlərin adları məlum olub

İsveçin paytaxtı Stokholmda ilin ən gözlənilən hadisələrindən biri – Nobel həftəsi başlayır.

Rusiya KİV-inə istinadən, yaxın zamanda tibb və fiziologiya sahəsində laureatlar məlum olacaq.

Qeyd edək ki, qalibin seçimi və hətta namizədlərin adları çox gizli saxlanılır. Siyahıda ümumilikdə mükafat almağa 300-dən çox namizədin adı var.

Diqqət ənənəvi olaraq Norveçin paytaxtı Osloda təqdim ediləcək Nobel Sülh Mükafatına yönəlib. Bu il şort-listdə Almaniya kansleri Angela Merkel, ABŞ Prezidenti Donald Tramp, KXDR lideri Kim Çen In və məşhur aktyor Corc Kluninin hüquqşünas və hüquqları müdafiəçisi həyat yoldaşı Amal da yer alıb.

Report