6 C
Baku
Sunday, December 15, 2024

ABŞ-ın dövlət borcu 21,5 trilyon dolları ötüb

ABŞ-ın dövlət borcu sentyabrın 30-u başa çatan 2018 maliyyə ili ərzində 1,2 trilyon dollar artıb.

“The Washington Examiner”ə istinadən məlumata görə, ABŞ-ın dövlət borcu 21,5 trilyon dolları ötüb.

Məlumata əsasən, 2017 maliyyə ilinin sonuncu günündə ABŞ-ın dövlət borcu 20,245 trilyon dollar təşkil edirdi, 2018-ci il sentyabrın 28-si isə bu rəqəm tarixdə ilk dəfə 21,516 trilyon dollara çatıb.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, onun ölkəsi tərəfindən tətbiq olunan gömrük rüsumlarından gələn gəlir dövlət borcunun ğdənilməsinə gedəcək.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın 8 il prezidentlik dövründə ABŞ-ın dövlət borcu 9 trilyon dollar artaraq 20 trilyon dollara çatmışdı. ABŞ-ın iqtisadçılar hesab edirlər ki, 2026-cı ildə bu rəqəm 30 trilyon dollara qədər arta bilər.

©Trend

Son xəbərlər
Digər xəbərlər