Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yüksək məvacibli vakant vəzifələrin tutulması üçün müsahibə elan olunub.
Bu barədə “Report”a institutdan məlumat verilib.
Müsahibədə təcrübəli, peşəkar hüquqşünaslar, insan resursları və informasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər iştirak edə bilərlər.
Müraciət etmək istəyən namizədlər noyabrın 1-dək Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər.