Prezident Donald Tramp Səudiyyə kralı Salman bin Əbdüləziz əs Səudu təkcə ABŞ-ın köməyinə arxayın olmamağa və öz müdafiə xərclərini artırmağa çağırıb.
Banker.az Report-a verir ki, bunu Prezident Donald Tramp Missisipi ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib: “Kral Salmanın xətirini istəyirəm, amma ona açıq dedim ki, biz sizi qoruyuruq, biz olmasaq siz heç iki həftə duruş gətirə bilməzsiniz. Ona görə də zəhmət çəkib ordunuza pul xərcləyin”.
Ağ evin məlumatına görə, D.Tramp Səudiyyə kralı ilə son dəfə sentyabrın 29-da telefonla söhbət edib.