8 C
Baku
Thursday, December 12, 2024

Mahir Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti təyin olunub

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti təyin olunub.

Banker.az AzVision-a istinadla xəbər verir ki, bunu FIDE-nin yeni seçilmiş prezidenti Arkadi Dvorkoviç bəyan edib.
Qeyd edək ki, Rusiya baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni prezidenti seçilib.

Seçkidən əvvəl Dvorkoviç qalib gələcəyi təqdirdə komandasına digər üzvlərlə yanaşı, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovu da daxil edəcəyini demişdi.

Son xəbərlər
Digər xəbərlər