Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidən ağacdan asılı vəziyyətdə tapılıb.
Banker.az bildirir ki, bu barədə Report-un Şəki-Zaqatala bürosu məlumat yayıb.
Məlumata görə, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.
Qeyd edək ki, Ramiz Azaqov sentyabrın 23-də səhər saatlarında Şəki şəhəri “dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və geri qönməmişdi.
Faktla bağlı araşdırma aparılır.