Cənubi Koreya məhkəməsi ölkənin sabiq prezident Li Myon Bakı dövlət vəsaitinin talan olunmasına görə 15 il müddətinə azadlıqdan məhrum edib.
Banker.az Report-a istinadən xəbər verir ki, bu barəəd “Yonhap” agentliyi məlumat yayıb.
Li Myon Bak azadlıqdan məhrum edilməklə yanaşı, 13 milyard von (11,5 milyon dollar) məbləğində cərimə ödəyəcək.
Məhkəmə sabiq dövlət başçısını 16 ittiham maddəsindən 7-si üzrə günahkar bilib.