Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərin qiymətlərinin aşağı salınması gözlənilir.
Banker.az bildirir ki, zavodun direktoru Musa Abdullayev bildirib ki, bu məqsədlə avtomobillərin ehtiyat hissələrinin ölkədə təşkil edilməsi planlaşdırılır. Qeyd edək ki, 2015-ci ildə baş verən devalvasiya və dolların kəskin bahalaşması nəticəsində xaricdən gətirilən digər avtomobillər kimi, «Lifan»lar da bahalaşıb.
Belə ki, əvvəllər dollarla 12-13 minə başa gələn avtomobillər Azərbaycanda 10 min manata satıldığı halda, indi bu qiymət 2 dəfədən çox artıb. Qiymət artımı maşınların satış şərtlərinə də təsir edib. Belə ki, əvvəllər 3 min manat məbləği ölkin ödəniş edib, qalan məbləği 2 ilə ödəmək mümkün olurdusa, hazırda 20 min manata yaxın qiyməti olan avtomobillərdə bunu etmək alıcılar üçün çətinləşib. Buna görə də «Lifan»ların lizinqlə satışı dayanıb.
Eləcə də bax: Azərbaycanda elektromobil istehsal ediləcək [FOTO]
«Lifan»ların kreditlə satışına isə avtomobil kreditlərində vaxtilə tətbiq edilən qadağalar da mane olur. Qaydaya görə ilkin ödənişin 50% müəyyənləşməsi maşınların satışında çətinlik yaradır. Buna görə də hazırda «Lifan»ların əsas alıcıları hüquqi şəxslər və dövlət qurumlarıdır.