11 C
Baku
Monday, November 25, 2024

Kredit üzrə zaminlik

Bəzən banklar kredit üzrə sərfəli şərtlər təqdim edirlər. Lakin belə bir kreditin alınma şərtlərinə də zamin tələb etməsi də daxildir.

Belə bir kreditlər almaq və zamin axtarmağa dəyərmi? Bəs siz özünüz kiməsə zamin durardınızmı?

Bizim təqdim edəcəyimiz məqaləni oxuyaraq siz özünüzü bu suallara cavab verə biləcəksiniz.

Kredit üzrə zaminlik nə deməkdir? Zamin şəxs bank qarşısında kredit götürənin şərtlərə uyacağını öz öhdəsinə götürür.

Zaminlik yazılı şəkildə müqaviləyə əsasən verilir. Bundan savayı, müqaviləyə əsasən əgər, kredit götürən 10 gündən artıq kreditin ödənilməsini gecikdirirsə, zamin özü krediti ödəməlidir. Beş gündən sonra isə əgər zamin özü də kreditin ödənişini etmirsə, bank həm kredit götürən, həm də zaminə qarşı məhkəmə prosesi aça bilər.

Beləliklə, zamin şəxs kredit götürmədiyi halda belə əgər, əsas borc götürən krediti ödəyə bilmirsə, borca girir. Buna görə kiməsə zamin durmamışdan öncə kreditin tam məbləğini və kreditin ödənilmə müddətini dəqiq bilmək lazımdır. Zamin şəxs müqavilə imzalamamışdan öncə onu diqqətlə oxumalıdır. Həmçinin zamin əsas borc götürənin krediti ödəyə bilmək bacarığını və imkanını da nəzərə almalıdır.

Bəzən belə hallara görə ailə və dostluq münasibətləri korlanıb.

Zaminə təqdim olunan tələblər

Bank üçün zaminlik kredit üzrə risklərin azadılmasında əsas üsuldur. Beləliklə, bank həmçinin kreditin şərtlərini də asanlaşdırır.

Lakin riskləri o zaman azaltmaq olar ki, əsas borc götürən krediti ödəməyəndə zamin şəxs krediti ödəməyə bilsin. Buna görə, bank tərəfindən zaminə də əsas borc alana təqdim olunan şərtlər təqdim olunur.

Tələblər: müvafiq əmək haqqı səviyyəsi, müsbət kredit tarixçəsi, son iş yerində 6 aydan az olmayan staj və s.

Son xəbərlər
Digər xəbərlər