Naxçıvan Muxtar Respublikasına məxsus yeganə bank olan “Naxçıvanbank” ASC cəmi aktivlərini ilin bitməsinə 3 ay qalmış 194,86 mln. manata çatdırıb.
Banker.az bu barədə, ASC-nin 2018-ci ilin 3-cü rübünə olan maliyyə hesabatına istinad edir.
Cəmi aktivləri ötən rüb ilə müqayisədə 1,5%, ilin əvvəli ilə isə müqayisədə daha böyük, yəni, 44,8% artıb. Hazırda bankın aktivlərinin cəmi 35%-i müştərilərə verilmiş kreditlərdir, halbuki, ilin əvvəlində kredit portfelinin cəmi aktivlərdə payı 46% idi.
Bankın öhdəliklərinin artım tempi tarixində ən böyük rəqəmlərə keçməklə 117,6 mln. manatı ötüb ki, bunun da cəmi 75,94 mln. manatı depozit portfelidir. Lakin, öhdəliyin artmasında pozitiv göstərici artıma əsas səbəb kimi depozit portfelinin artmasıdır. Belə ki, deposit pretfelinin hazırda göründüyü kimi cəmi öhdəliklərdəki payı 65%-dir, halbu ki, bu ilin əvvəlində 55% idi.
Qeyd edək ki, hazırda bankın cəmi kapitalı 77,26 mln. manatdır ki, bunun da 8,44 mln. manata yaxını bölüşdürülməmiş mənfəətdir.