7 C
Baku
Thursday, December 12, 2024

Goldman Sachsın şərab oğurlayan eks-baş köməkçisi intihar edib

The Wall Street Journal qəzetinin məlumatına görə, Goldman Sachsın icraçı direktoru David Solomonun eks-köməkçisi Nicholas DeMeyer, 1,2 mln. dollardan çox dəyəri olan şərabın oğurlanmasında  günahkar olması təsdiqlənməli gündə intihar edib.

Məhkəmənin materiallarına əsasən, müdiri üçün şərab təchizatında məsul olan DeMeyer 2014 – 2016 – cı illər ərzində  ondan yüzlərlə şərab şüşələri oğurlayıb. Prokurorluq, bank rəhbərləri üçün nəzərdə tutulan şərabları Solomonun Şimali Karolinadaki bir dilerə satıldığını iddia edib.  Bunun üçün DeMeyer, Mark Miller (2008-ci ildə vəfat edən şərabçı) taxallusunu istifadə edib.

Oğurlananlar arasında Domaine de la Romanée-Continin yeddi şüşəsi, 133.6 min dollar dəyərində idi, prokurorun sözlərinə görə, «dünyanın ən yaxşı və ən bahalı » şərablarındandır. İntihar günü DeMeyer məhkəmə qarşısına çıxmalı və günahını etiraf etməliydi.

Şərabın itməsi, şəxsi yoxlama nəticələrindən sonra 2016-cı ildə Solomonun özü tərəfindən təyin edilmiş və 2008-ci ildən bəri onun vəzifəsini icra edən köməkçisinə şikayətini bildirmişdir. Köməkçi  zərərin ödənilməsinə razılaşıb, lakin ödəmək əvəzinə qaçıb. Növbəti 14 ay ərzində , DeMeyer, ABŞ-dan xaricdə olub, Roma, Rio de Janeyro və Buenos Airesi ziyarət edib. 2018-ci ilin yanvar ayında Amerika ərazisinə qayıtdıqdan sonra oğurluq və fırıldaqçılıq ittihamı ilə 41 yaşındakı menecer həbs olunub.

Son xəbərlər
Digər xəbərlər