11 C
Baku
Monday, November 25, 2024

Bakıda 90 000 manatlıq qarət

Ötən gecə Bakının Sabunçu rayonu Ramana Südçülük sovxozunda, yeni tikilidə oğurluq hadisəsi baş verib.

Vaqif Süleymanova məxsus mənzildən 55 min manat pul və 30 min manat dəyərində qızıl zinət əşyası oğurlanıb.

Ev sahibinin sözlərinə görə, onlar evdən axşam saat 19-dan çıxıb 23:45 də geri dönüblər və bu mənzərə ilə rastlaşıblar. Mənzilin 4 otağındakı əşyalar oğrular tərəfindən alt-üst edilib. Demək olar ki, evin hər yeri oğrular tərəfindən axtarılıb.

Hadisəni görən ev sahibi dərhal rayon polis idarəsinə müraciət edib. Hadisə yerinə rayon polis idarəsinin əməkdaşları cəlb olunublar. Hadisə yerində araşdırma aparan hüquq mühafizə orqanlarının əməkdaşları dəlil-sübutları götürərək dərhal şübhəli şəxs və ya şəxslərin axtarışına çıxıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Digər xəbərlər