-3 C
Baku
Sunday, December 15, 2024

EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə yeni direktoru təyin olunub

Matteo Patrone Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Şərqi Avropa və Qafqaz üzrə yeni direktoru təyin olunub.

Banker.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) məlumatında bildirir.

İtalya vətəndaşı olan Matteo Patrone bundan əvvəl Rumıniya və Bolqarıstanda bankın regional direktoru vəzifəsini daşıyıb.

Matteo Patrone bu vəzifədə noyabrın 1-dən etibarən Fransis Maligeni əvəz edəcək. Fransis Malige isə Londonda qərargahı yerləşən, qurumun maliyyə departamentinin baş direktoru vəzifəsinə təyin olunub. Yeni vəzifəsində M.Patrone Kiyev şəhərində qərargahı olmaqla Azərbaycan, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Ermənistanda qurumun əməliyyatlarına və layihələrinə nəzarət edəcək. Hazırda bu altı ölkənin iqtisadiyyatına AYİB-in qoyduğu sərmayə 24 milyard avroya yaxınlaşır.

Qeyd edək ki, Matteo Patrone 2008-ci ildən özəl sektordan gələrək AYİB-də fəaliyyət göstərir. 2012-ci ildə o Serbiyada, 2015-ci ildə isə Rumıniya və Bolqarıstanda qurumun baş direktoru vəzifəsində çalışıb. 2015-2018-ci illər çərçivəsində AYİB bu iki ölkəyə 2 milyard avro sərmayə yerləşdirib.

Avropa Yenidənqurma və İnkişaf Bankı kommunist rejimindən çıxmış ölkələrə sərmayə qoyaraq onların bazar iqtisadiyyatına keçmək məqsədilə 1991-ci ildə yaradılıb. Son illərdə qurum diqqətini daha çox Şimali Afrika və Yaxın Şərq ölkələrinə yönəldib.

Son xəbərlər
Digər xəbərlər