10 C
Baku
Wednesday, December 11, 2024

Daşınan süni böyrəyin yaradılması üçün addım atılıb

Beynəlxalq tədqiqatçılar qrupu daşınan süni böyrəyin yaradılmasını sürətləndirəcək yeni sidik cövhəri ixtira edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, böyrək çatışmazlığı olan xəstələr üçün dializ proseduru həftədə bir neçə dəfə tibb mərkəzində keçirilir və onlar orada bir neçə saat ərzində aparatın yanında qalırlar. Lakin problem ondan ibarətdir ki, böyrək gecə-gündüz qanı təmizləyir və dializ bunun üçün yetərli hesab edilmir. Alimlər bədəndə daşımaqla fasiləsiz dializ həyata keçirməyə imkan verən süni böyrək hazırlamağa çalışırlar. Lakin bunun üçün maneə orqanizmdən çıxarılması tələb olunan sidik cövhəridir. Hazırda dializ sidik cövhərini molekulu ammonyak və karbon 4-oksidə qədər parçalayan ferment vasitəsilə təmizləyir, lakin lazımi miqdarda maddə bədəndə rahat daşıma üçün böyük olur.

Məlumata görə, tədqiqatçılar metal karbidli ikiölçülü nanotəbəqədən ibarət “MXene” adlı nanomateriala müraciət ediblər. Material sidik cövhərini parçalamır və sorbent olmaqla onu öz canına çəkir. Otaq temperaturunda “MXene” dializ üçün aparatların tullantılarından sidik cövhərinin 94 faizini toplaya bilir, insan bədəni temperaturunda isə daha çox əldə etmək mümkün olur. Mütəxəssislərin sözlərinə görə, yeni material rahat daşınan süni böyrək layihəsini həyata keçirməyə kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər