Bahalı telefon və smartfonların istehsalçısı olan “Vertu” uzunsürən fasilədən sonra yeni smartfonunu təqdim edib.
Banker.az bildirir ki, smartfon öz texniki xüsusiyyətlərinə görə orta səviyyə kateqoriyasına aiddir. Buna baxmayaraq, sözügedən smartfon arxa paneldə titan çərçivə və dəri daxil olmaqla bahalı materiallarla işlənib. Ənənəvi olaraq aparat Böyük Britaniyada əllə yığılıb. “Vertu Aster P” smartfonunu Çinin “JD.com” internet mağazasından ilkin sifariş etmək mümkündür. İşləmədən asılı olaraq qiyməti 5-14 min dollar arasında dəyişir.
Texnologiya xəbərlərimizi Facebook-da izlə







