Ukrayna polad boruların müəyyən növləri üzrə anti-dempinq gömrük rüsumlarının artırması ilə bağlı Ermənistan və Qırğızıstanı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.
Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, şikayətdə qeyd edilib ki, Avrasiya İqtisadi İttifaqının üzvü olan hər iki ölkə qeyd olunan məhsullarla bağlı vergini mərhələli şəkildə azaltmalı olduğu halda əksinə addım atıb.
Bildirilib ki, Avrasiya İqtisadi İttifqaının üzvü olan bu ölkələr verginin mərhələ-mərhələ azaltmalı idilər. Lakin, vergi artırnmalı olublar. Bu səhvdir və mövcud olmayan qərarlara əsaslanıb.
Xatırladaq ki, artıq Ukrayna Avrasiya İqtisadi İttifaqını başqa bir üzvü, Qazaxıstanla bağlı da ÜTT-yə şikayət etmişdi.