Siemens-in icraçı direktoru Joe Kaserin Ər-Riyadda investisiya konfransına qatılmaqdan imtina etməsi səbəbiylə, şirkət və Səudiyyə rəhbərliyi arasında 20 milyard dollarlıq bir elektrik stansiyası qurma mövzusunda razılaşma təxirə salındı, Banker.az Bloomberg-ə sitinadən xəbər verir.
Forum boykotunun səbəbi Səudiyyə Ərəbistan jurnalisti Camal Haşadzinin öldürülməsi oldu. «Həqiqət tapılmalı və ədalət bərpa edilməlidir. Bu qərar, krallığa və ya xalqına qarşı deyildir». – Siemens-in direktoru bildirib.
İki gün əvvəl ABŞ-ın Maliyyə Naziri Stephen Mnuchin Ər-Riyadın Haşadzi işində verilən izahların «qeyri-kafi» olduğunu bəhanə edərək Səudiyyə Ərəbistanda investisiya konfransında iştirak etməkdən imtina edib.
Haşadzi 2 oktyabrda İstanbulda Səudiyyə səfirliyində itib. Türk səlahiyyətliləri, jurnalistin, 15 səudiyyə kəşfiyyatının iştirakı ilə öldürüldüyünü söylədi , ABŞ və bir çox Avropa ölkəsi sanksiyalarla təhdid edərək, sui-qəsdin araşdırılmasına çağırdı . Ər-Riyad, Haşadzinin ölümünü 20 Oktyabra qədər qəbul edilməsini rədd edirdi. Bundan sonra Səudiyyə səlahiyyətliləri jurnalistin döyüşdə öldüyünü söylədilər. Səudiyyə Ərəbistanda 18 şübhəli həbs olundu. Ancaq ABŞ, Türkiyə və bir sıra digər ölkələr istintaqın ilkin nəticələrindən narazılığını ifadə etdilər.