Artıq bütün vətəndaşlar 5 yeni xidmət növü ilə yararlana biləcəklər. Onlayn rejimdə aparılan əmlak alqı-satqı əməliyyatları da təqdim olunan 5 xidmətdən biri olacaq. Əmlak üzrə Dövlət Komitəsi Azərbaycanda mənzillərin alqı-satqısı üzrə onlayn əməliyyatlar sistemini işə salır. Artıq mart ayından başlayaraq bütün onlayn əməliyyatları onlayn rejimdə aparmaq mümkün olacaq.
Elektron sövdələşmələr – Dövlət Komitəsinin 2014-cü ildə təklif edəcəyi 5 onlayn xidmətdən biridir. Cari ildə əmlakla bağlı alqı-satqı əməliyyatlarının bütün notarial kontorlarda onlayn rejimdə aparılması nəzərdə tutulur. Onlayn rejimi ilkin mərhələdə ikinci dərəcəli, 2015-ci ildə isə artıq birinci dərəcəli əmlak bazarında aparılan sövdələşmələr üçün mümkün olacaq.
Bəs belə orijinal üsulda aparılan əmlakla bağlı alqı-satqı əməliyyatları vətəndaşlara nə qazandıracaq? Əlbəttə ki, ilk növbədə belə bir xidmət vətəndaşların vaxt itkisinin azalmasına, şəffalığın daha da artırılmasına şərait yaradacaq.