4 C
Baku
Wednesday, December 24, 2025

Türkiyə və Avropa mərkəzi bankları uçot dərəcəsi açıqladı

Bu gün Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Banker.az Report-a istinadən xəbər verir ki, uçot dərəcəsinin 24% səviyyəsində saxlanılmasına qərar verilib.

Qeyd edək ki, bu il sentyabrın 13-də keçirilən iclasda verilən qərara əsasən, uçot dərəcəsi 6,25 faiz bəndi artırılaraq 17,75%-dən 24%-ə çatdırılıb.

Bundan əlavə Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub. ECB həmçinin depozit faizlərini – 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər