“Turan Bank” ASC-nin İdarə Heyətinin (İH) sədr müavini Məhəmməd Kələşov Bankın Audit Komitəsinin (AK) sədri təyin edilib.
Banker.az Report-a istinadla bu barədə xəbər verir.
M. Kələşov artıq 9 ildir ki, bu bankda çalışır. Belə ki, o 2008-ci ildən etibarən Risklərin İdarəedilməsi departamentinin direktoru kimi çalışmış və 2011-ci ildən İH sədr müavini kimi həmçinin çalışırdı.
Məlumata görə, indiyə qədər AK-da rəhbərlik edən Çingiz Ağayev isə İH-nin sədr müavini vəzifəsinə keçirilib. Başqa sözlə 2 rəhbər şəxsin yeri dəyişdirilib.