Yəqin ki, əksəriyyətimiz bankların belə cəlbedici təklifləri ilə qarşılaşmışıq: «faizsiz kredit», «sıfır faizlə kredit». Adətən belə təkliflər avto və istehlak kreditləşməsində istifadə olunur.
Banklar haqqında ətraflı məlumat topladıqdan sonra onların mənfəətsiz çalışmadıqlarını başa düşmək olar. Maliyyə müəssisələrinin əsas mənbəyi komissiyalar və faiz dərəcələridir. Bu mənada sıfır faizlə kreditlərin verilməsi mənasız görünür.
Kredit veriləndə gəlir faiz və komissiya haqlarından ibarət olduğu üçün bank 0%-li kredit verir, lakin çox sayda komissiya haqqları təqdim edir: Nəticədə kreditin tam məhsuldar faiz dərəcəsi küllü miqdarda pul təşkil edir.
Adətən faizsiz kreditləri ticarət şəbəkələrində təqdim edirlər.
İnsanların əksəriyyəti 0%-li kredit təklifinə aldandıqları üçün banklar bundan mənfəət qazanırlar.
Ticarət məntəqələri bu gedişdən köhnə məhsullarını endirimlə satmaq üçün istifadə edirlər.
Avtomobil kreditləri zamanı faiz dərəcəsi sığortaya əlavə olunur.
Buradan aydındır ki, yalnız reklamlarda sıfır faizli kreditlər olur. Belə təkliflərə aldanmamaq üçün kredit müqavilələrin mətnini diqqətlə oxuyun və kredit üzrə məsləhətçinizə müraciət edin. Qanunvericiliyə əsasən, banklar müştərilərə kreditin bütün şərtləri və faiz dərəcələri haqqında ətraflı məlumat verməlidirlər.