9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda aylıq sosial müavinət alanların sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırda 419,9 min nəfərə aylıq sosial müavinət ödəyir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Banker.az-a verilən məlumata görə, “Sosial müavinətlər haqqında” qanuna əsasən, əlilliyə, yaşa və ailə başçısını itirməyə görə aylıq sosial müavinət verilir.

Həmçinin, qanunvericiliyə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlar, beşdən çox uşağı olan qadınların hər bir uşağı, müharibə veteranları bu sosial təminat növü ilə təmin edilirlər. Müharibə əlillərinin və şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqlarına, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlara və qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə də hər ay sosial müavinət verilir.

Bundan başqa, uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər isə birdəfəlik müavinətlə təmin olunurlar. Dəfn xərci kimi birdəfəlik müavinət, radiasiya qəzasının nəticəsində zərər çəkərək əlil olmuş insanlara hər il birdəfəlik müavinət ödənilir.

2018-ci ilin 9 ayında nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin olunanların sayı 69,8 min nəfər olub.

Son xəbərlər
Digər xəbərlər