Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 30 oktyabr tarixində “İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” 2017-ci il 25 dekabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Banker.az bu barədə
İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi barədə olan sərəncamında deyilir ki, “Sevinc Həsənova” sözləri “Şirzad Abdullayev” sözləri ilə, “Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini” sözləri “İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin.
Qeyd edək ki, digər üzvlər Vadim Xubanov- Mərkəzi Bankın sədrinin müavini və Kamil Heydərov – Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiridir.