Yaponiya Bankının (Mərkəzi Bank) 2 gün davam edən iclasından sonra pul-kredit siyasətinin əsas parametrlərinin dəyişdirilməməsi barədə qərar qəbul olunub. Bu barədə Banker.az “Report”a istinadən xəbər verir.
Qurum bəyan edir ki, hazırda Yaponiyada inflyasiyanın illik səviyyəsi 2021-ci ilə qədər müəyyən edilmiş hədəfdən (2%) aşağıdır. Ölkənin 10 illik müddətə dövriyyəyə buraxılmış dövlət istiqrazlarının illik gəlirliliyi isə 0% səviyyəsindədir. Odur ki, tənzimləyici qurum kommersiya banklarının depozitləri üçün müəyyən etdiyi faiz dərəcəsini -0,1% səviyyəsində saxlayıb.