“PASHA Bank” ASC Kredit Analitiki vakansiyasını elan edir.
İŞ BARƏDƏ MƏLUMAT:
Kredit Analitiki bütün sahələrdə fəaliyyət göstərən Kiçik və Orta Sahibkarlıq müştərilərinin kredit müraciətlərinə baxır, biznes və maliyyə təhlilini (konvensional və sürətləndirilmiş şəkildə) aparır, proqnozlar edir, müştərilərə maliyyə məsləhətləri verir və Müştəri Menecerləri ilə komanda halında çalışaraq, sürətli və səmərəli şəkildə kreditləşməni təmin edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Kiçik və orta həcmli müəssisələrin biznes və maliyyə təhlilinin aparılması. Müştərilərlə peşəkar ünsiyyətin qurulması və onlara maliyyə məsləhətlərinin verilməsi.
• Müştəri Menecerləri və prosesin digər iştirakçıları ilə effektiv əməkdaşlığın təmin olunması.
• Kredit risklərinin idarə edilməsi. Kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə, Kiçik və Orta Sahibkarlıq Bankçılığı, Kreditlərin Strukturlaşdırılması funksiyasının maliyyələşdirmə standartlarına uyğun olaraq verilməsi.
• Qərarın verilməsi, kreditləşməni tamamlamaq üçün kredit memorandumu və digər ərizə formalarının doldurulması, Kredit Risklərinin Anderraytinqi Departamentinə və Kredit Komitəsinə təqdim edilməsi.
• Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi.
VƏZİFƏNİN DİGƏR XÜSUSİYYƏTLƏRİ:
• Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə bakalavr dərəcəsi
• Yüksək səviyyədə analitik bacarıqlar – çox vacibdir
• Yaxşı ünsiyyət və danışıq bacarıqları
• Biznes bankçılığı və maliyyə təhlili üzrə təcrübə (ən az 1 mln. AZN illik satışı və qismən nağdsız dövriyyəsi olan şirkətlər) – çox vacibdir
• Azərbaycan dili – səlis
• İngilis və rus dili – yaxşı
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 30.11.2018-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “SME Kredit Analitiki” yazaraq göndərmələri xahiş olunur.