“Expressbank” ASC-nin (haqqında) cəmi öhdəlikləri 1 oktyabr tarixinə 312,99 mln. manat təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Bankın 3-cü rübünə olan maliyyə hesabatında deyilir.
Bankın öhdəlikləri ilin 9 ayı ərzində 142,97 mln. manat və ya 84%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 160,29 mln. manat və ya 104% artıb. Bu da illik 2 dəfədən çox öhdəliklərinin artması deməkdir.
Öhdəliklərin 29,81 mln. manatı banklar və digər maliyyə inustitutlarının depozitləri və onlardan cəlb olunan kreditlər, digəri 273,74 mln. manatl isə depozit portfelidir.
Öhdəliklərinin artması fonunda “Expressbank”ın fazi xərcləri də artaraq 6,57 mln. manat olub ki, bu ötən il 4,49 mln. manat idi.
Xatırladaq ki, “Expressbank” ASC nizamnamə kapitalı 137,26 mln. manatdır. Hazırda bankın səhmlərinə “AZENCO Group” MMC (40%), “Enerqo Servis” MMC (17,69%), “Avtonəqliyyatservis” MMC (0,31%), bundan əlavə, fiziki şəxslər Hikmət Xammədov (25%) və Hafiz Seyidov (17%) nəzarət edirlər.