İki gün əvvəl İstanbulda açılış mərasimi keçirilən dünyanın ən nəhəng aeroportundan ilk təyyarə havaya qalxıb.
Banker.az bildirir ki, Türkiyəyə məxsus “TK2124” təyyarəsi 340 sərnişinlə İstanbuldan Ankaraya uçub.
Reysi Türkiyə aviaşirkətinin 349 sərnişin tuta bilən və ən böyük təyyarəsi sayılan “Boeing 777-300” layneri vasitəsilə həyata keçirilib.
Ankaraya reysdən sonra aeroportdan Kipr və Azərbaycana uçuşlar həyata keçiriləcək.
Dünyanın ən nəhəng aeroportunun oktyabrın 29-da keçiriləcək açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Aerodrom ilk mərhələdə illik 90 milyon sərnişinə, 2029-cu ildən başlayaraq isə illik 200 milyon sərnişinə xidmət göstərəcək.
oxu.az