SOCAR gələn il neftin 90 dollara olacağı ümidindədir

SOCAR-ın (ARDNŞ) investisiyalarvə marketinqüzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov 2019-cu ildə dünya bazarlarında neftin qiymətinin artım tendensiyasının qalacağını proqnozlaşdırır.

Banker.az bildirir ki, o bu barədə Azərbaycanın CBC telekanalına müsahibəsində deyib.

“Neftin bir barelinin $80 səviyyəsində hazırki qiyməti SOCAR üçün daha rahatdır. Lakin, fikrimcə, 2019-cu il ərzində karbohidrogenin (neft – İF), sonra da təbii qazın qiyməti daha da artacaq. Hesab edirəm ki, may ayınadək (2019-cu ilin – İF) biz artıq səkkizdən deyil, doqquzdan başlayan, həm də kifayət dərəcədə əhəmiyyətli rəqəmlər barədə söhbət edəcəyik”, – V.Bəylərbəyov müsahibəsində bildirib.

O qeyd edib ki, geosiyasi amil, ABŞ iqtisadiyyatının artımının sürətlənməsi, Asiya bazarında karbohidrogen xammalının istehlakının artımı dünya bazarlarında neftin qiymətinin artımının əsas səbəbi olacaq.

İnterfaks Az

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər