3 C
Baku
Saturday, December 14, 2024

İpoteka və Kredit Zəmanət Fondu bu ilin ilk 9 ayını 18 mln. manata yaxın mənfəətlə başa vurub

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il oktyabrın 1-nə 1 153,61 mln. manat təşkil edib.

Fondun maliyyə hesabatına istinadən, bu, ilin əvvəli ilə müqayisədə 20,4% çoxdur.

İKZF-in aktivlərinin 70,2%-ni və yaxud 810,257 mln. manatını ipoteka kreditləri təşkil edib. Yanvar-sentyabr aylarında Fondun kredit portfeli 18,5% böyüyüb.

Hesabat dövründə İKZF-in cəmi öhdəlikləri 9,5% artaraq 597,061 mln. manata, o cümlədən borc öhdəlikləri 7,8% artaraq 580,827 mln. manata çatıb. Fondun cəmi kapitalı isə 28,55% artaraq 531,133 mln. manat, o cümlədən nizamnamə kapitalı “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi hesabına 27,3% (100 mln. manat ) artaraq 466 mln. manat olub.

Bu ilin ilk 9 ayında İKZF-in faiz gəlirləri 34,881 mln. manat, faiz xərcləri 12,737 mln. manat, dəyərsizləşmə üzrə zərəri 833 min manat, haqq və komissiya xərcləri 570 min manat, digər gəlirləri 1,075 milyon manat, insan resursları üzrə xərcləri 2,343 milyon manat, inzibati və digər xərcləri isə 1,529 milyon manat təşkil edib. Son nəticədə Fond yanvar-sentyabr aylarını 17,943 mln. manat mənfəətlə başa vurub.

Report

Son xəbərlər
Digər xəbərlər