ABŞ Venesuelanın qızıl ixracını məhdudlaşdırmaq üçün bu ölkəyə qarşı sanksiya tətbiq etməyə hazırlaşıb.
Banker.az Report-a istinadla xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Məqalədə deyilir ki, bu günlərdə elan ediləcək sanksiyaların məqsədi saxta şirkətlər vasitəsilə “çirkli pullar”ın hərəkətinin qarşısını almaqdır. Bununla bağlı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Mayamidə bəyanatla çıxış edəcəyi gözlənilir.
Xatırladaq ki, bir qədər əvvəl Venesuela valyuta bazarında dollar satmaqdan imtina edib.