2 C
Baku
Saturday, December 14, 2024

“Expressbank”da nə baş verir?

Azərbaycanın kommersiya bankı olan “Expressbank” ASC son günlərdə baş verən kadr dəyişiklərinə nəhayət bir açıqlama verib. Belə ki, Bankda pərakəndə, həm korporativ struktur dəyişiklikləri həyata keçirilib.

Banker.az bildirir ki, Bank isə bunu press-relizində “müştərilərə xidmət keyfiyyətini artırmaq” məqsədi ilə həyata keçirdiyini deyir.

“Bankda yeni Biznes bankçılıq və Pərakəndə bankçılıq departamentləri yaradıldı və bu departamentlər, özlərinə aid satış və xidmət sahələrini tərkiblərində cəmləşdirdilər.” – deyə bank məlumatında belə bildirir.

Bildirək ki, dəyişikliklər aşağıdakılardır:

Mehman Məmmədov İdarə Heyətinin sədr müavini təyin olunub. Yaşar Kərimov Pərakəndə bankçılıq departamentinin direktoru, Fərid Salahov isə onun müavini təyin edilib.

Oxşar yazı: “Expressbank”ın öhdəlikləri bir ildə 2 dəfə artıb

Bankda həmçinin ödəniş sistemləri və hesablaşmalar mərkəzi yaradıldı və mərkəzin rəhbəri vəzifəsinə Teymur Ağakişiyev təyin olunub.

Mərkəz, içində iki departamenti birləşdirəcək: Ödəniş sistemlərinin idarə edilməsi departamenti (Azər Rəsulov – departament rəhbəri) və Hesablaşmalar departamenti (Pərvanə Şahmarova – departament rəhbəri).

Biznes bankçılıq departamentinin direktoru vəzifəsinə Nicat Həmidov təyin olunub. Lalə Talıbova Biznes İnkişafı departamentinə departament direktoru müavini təyin olunub.

Dəyişikliklər nəticəsində, Kredit departamenti, Qeyri-kredit bank xidmətləri və məhsulları şöbəsi fəaliyyətini dayandırıb, və bu sahələr üzrə iş yeni struktur bölmələrinə tapşırılıb.

Rəqəmsal xidmətlərin tətbiqi şöbəsi (Ləman Şeyxəliyevanın rəhbərliyi ilə), Maliyyə əməliyyatları monitorinqi şöbəsi (Anar Əbiyevin rəhbərliyi ilə), Nağd vəsaitlərin və digər qiymətlilərin saxlanılması və uçotu şöbəsi (Gülnarə İslamovanın rəhbərliyi ilə) yaradılıb.

Bildirək ki, öncəki məlumatda Satınalama və texniki təminat şöbəsinin müdiri Sevinc İsayeva öz istəyi ilə tutduğu vəzifədən gedərək fəaliyyətini Sumqayıt Texnologiyalar Parkında davam etdiriləcəyi bildirilmişdi. Onun yerinə isə təyinat haqqında məlumat bank tərəfindən yaxın günlərdə açıqlanacağını bildirmişdilər.

Son xəbərlər
Digər xəbərlər