7 C
Baku
Thursday, December 12, 2024

EBRD Azərbaycan barədə: Bu il ÜDM 1,5%, gələn il isə 3,5% artacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycanda ÜDM artımını 1,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın “Regional iqtisadi perspektivlər” (Regional Economic Prospects) adlı noyabr icmalında qeyd olunur. Banker.az bu barədə İnterfaks-a istinadla xəbər verir.

AYİB cari ilin may ayında Azərbaycanda 2018-ci il üçün ÜDM artımını 2,5% səviyyəsində proqnozlaşdırmışdı.

Bankın qiymətləndirmələrinə görə, 2019-cu ildə Azərbaycanda ÜDM 3,5% (dəyişməyib) artacaq.

“2018-ci ilin yanvar-sentyabr aylarında ölkədə ÜDM ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,8% artıb ki, bu da qeyri-neft sektorunda 1% artımla şərtlənib. 2018-2019-cu illərdə Azərbaycanda ÜDM-nin həm də qaz hasilatının və onun ixrac potensialının yüksəlməsi hesabına tədricən artacağı gözlənilir”, – deyə bank qeyd edir.

Orta illik inflyasiya 2017-ci ildə qeydə alınmış 12,9%-dən 2018-ci ilin 9 ayının yekunları üzrə illik hesablamada 2,6%-dək azalıb.

“2018-ci ilin III rübünün sonuna Azərbaycanın valyuta ehtiyatları $44,5 mlrd.-a çatıb ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 8,2% çoxdur”, – deyə icmalda bildirilir.

AYİB, həmçinin bildirir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın iqtisadi inkişafı üçün risk yaradır.

Son xəbərlər
Digər xəbərlər