10 C
Baku
Wednesday, December 11, 2024

Prezident həmsədrliyi bu dəfə Şahin Mustafayevə deyil, Sahil Babayevə tapşırdı

Prezident İlham Əliyev Azərbaycan və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın A.R tərəfindən tərkibi  (2013-cü il 7 mart tarixli 2784 nömrəli Sərəncamı) dəyişməsi ilə bağlı sərəncam imzalayıb.

Yeni sərəncama görə, Prezident Azərbaycan tərəfindən həmsədr kimi İqtisadiyyat naziri Şahin Mustafayev deyil, yeni tərkibdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin adını daxil edib.

Banker.az-ın məlumatına görə, Komissiyanın yeni tərkibi belədir:

“Komissiyanın həmsədri

  • A.R-nın əmək və əhalinin sosial müdafiəsi naziri (Sahil Babayev)

Komissiyanın üzvləri

  • A.R xarici işlər nazirinin müavini
  • A.R iqtisadiyyat nazirinin müavini
  • A.R energetika nazirinin müavini
  • A.R nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
  • A.R fövqəladə hallar nazirinin müavini
  • A.R kənd təsərrüfatı nazirinin müavini
  • A.R ekologiya və təbii sərvətlər nazirinin müavini
  • A.R təhsil nazirinin müavini
  • A.R mədəniyyət nazirinin müavini
  • A.R Dövlət Turizm Agentliyinin sədri
  • A.R Dövlət Gömrük Komitəsi sədrinin müavini
  • A.R Mərkəzi Bankı sədrinin müavini
  • A.R-nın Monteneqroda fövqəladə və səlahiyyətli səfiri.”.

 

Son xəbərlər
Digər xəbərlər