7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan İnvestisiya Şirkəti 2017-ci il üzrə maliyyə hesabatının auditorunu seçir

“Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC şirkətin 2017-ci il üzrə maliyyə hesabatının Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditinin aparılması üçün auditor seçir.

Banker.az bildirir ki, seçim açıq tender yolu ilə həyata keçirilir.

Tenderdə iştirak haqqı 150 manatdır.

Tender təklifləri dekabrın 24-dək qəbul olunur. Tender proseduru dekabrın 25-də baş tutacaq.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.

Son xəbərlər
Digər xəbərlər