9 C
Baku
Thursday, December 12, 2024

Mebel istehsalı əhəmiyyətli dərəcədə artacaq

2018-ci ildə Azərbaycanda 72,6 milyon manat həcmində mebelin istehsal olunması gözlənilir ki, bu da ötən illə müqayisədə 11,8 faiz çoxdur.

Banker.az bildirir ki, bu barədə 2019-2022-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı proqnoz göstəriciləri və konsepsiyasında deyilir.

Proqnozlara əsasən, növbəti illərdə mebel istehsalı əhəmiyyətli dərəcədə artacaq. Belə ki, 2019-cu ildə mebel istehsalı 76,7 milyon manat, 2020-ci ildə 82,2 milyon manat, 2021-ci ildə 88,2 milyon manat, 2022-ci ildə isə 94,5 milyon manat təşkil edəcək.

Azərbaycanda daha çox ofis mebelinin istehsalı gözlənilir: 2018-ci ildə ofis mebeli istehsalının 17 481 ədəd, 2019-cu ildə 18 529, 2020-ci ildə 19 641, 2021-ci ildə 20 820, 2022-ci ildə 22 069 ədədə çatacağı gözlənilir.

2017-2022 -ci illərdə mebel istehsalı (ədədlə):

2017 2018 2019 2020 2021 2022
Ofis mebeli 16 999 17 481 18 529 19 641 20 820 22 069
Mətbəx mebeli 521 531 563 586 609 633
Yataq mebeli 5 225 7 629 8 087 8 491 8 916 9 361
Digər mebel (divanlar və s.) 5 762 6 282 6 659 6 992 7 342 7 709

 

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər