3 C
Baku
Saturday, December 14, 2024

“Xəzər inşaat” və “Kristal Abşeron”a qarşı vəzifə saxtakarlığında təqsirləndirlən qardaşlar azadlıqda

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Əflatun Quliyev, Elçin Məmmədov və Samir Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Banker.az bu barədə Report-a istinadən bildirir.

Məhkəmənin hökmü ilə həmin şəxslərə şərti cəza verilib. Ə.Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında azadlığa buraxılıb.

Qeyd edək ki, Ə.Quliyev, S.Məmmədov və E.Məmmədov “Xəzər inşaat”, “Kristal Abşeron” və digər şirkətlərin pulunu mənimsəmədə və vəzifə saxtakarlığında ittiham edilir.

Onlar, ümumilikdə, şirkətlərin 200 mindən çox pulunu mənimsəyib.

İstintaq dövründə təqsirləndirilən şəxslərdən yalnız Ə.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilib, digər iki şəxsin barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri barədə qərar çıxarılıb.

S.Məmmədovla E.Məmmədov qardaşdır.

Son xəbərlər
Digər xəbərlər