7 C
Baku
Sunday, December 15, 2024

“Lazımsız iş yerləri bağlanılır”

“Mədəniyyət sahəsinə ayırmaların edilməsi, ianələrin verilməsi, sponsorluq məsələsi qanunvericilik çərçivəsində həll olunmalıdır”

Banker.az bildirir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Milli Məclisdə komitələrin büdcə müzakirələrində deyib.

Nazir təklif edib ki, Milli Məclis mədəniyyət sahəsində sponsorluq hərəkatının genişləndirilməsi üçün qanunvericlik bazası yaratmalıdır.

Ə.Qarayev əlavə edib ki, hazırda mədəniyyət sahəsinin maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilir: “Mədəniyyət sahəsində böyük optimallaşdırma işləri aparılır. Bunun nəticəsi olaraq, lazımsız iş yerlərinin bağlanması, vəsaitin daha səmərəli xərclənməsi və strukturun formalaşdırılmasında qətiyyətli addımlar atılıb”.

©Azvision

Son xəbərlər
Digər xəbərlər