Valyutanın dəyəri məhsullarla ticarətdə olduğu kimi tələbat və təklifdən asılı olaraq qiymətdə öz əksini tapır. Müəyyən edilmiş məbləğin dəyəri digər valyuta ilə – milli və əcnəbi valyuta ilə nisbətdə təyin edilir. Əcnəbi valyutanın dəyəri valyuta məzənnəsi adlanır.
Valyutaların rəmzləri:
Eyni bir dildə ünsiyyət qurmaq üçün valyuta ticarətinin bütün iştirakçıları zamanla formalaşmış standart və qaydaları təsdiq və ona əməl edirlər. Məsələn, bütün yazılı müqavilələrdə valyuta rəmzləri ISO şifrələnmədən istifadə edir. ISO – standartlaşdırma üzrə beynəlxalq təşkilatdır.
Bu rəmzlər həmçinin beynəlxalq ödənişlər ilə də bağlıdırlar. Fərdi valyutanın şifrəsi üç hərfdən ibarət olur. Burada ilk iki hərf ölkəni, üçüncü hərf isə valyutanı ifadə edir. Bu şifrələrin bəziləri ilə tanış ola bilərsiniz:
- USD. – Amerika dolları
- EUR. – Beynəlxalq Avropa valyutası – avro
- GBP. – İngiltərə funt sterlinqi
- CHF. – İsveçrə frankı
- JPY. – Yapon yeni
- CAD . – Kanada dolları
- AUD . – Avstraliya dolları
Baza valyutası və kotirovka valyutası
Alınıb-satılan valyuta baza valyutası, ticarət edilən valyutanın qiymətləndirilməsinə xidmət edən valyuta isə kotirovka valyutası adlanır. Adətən valyuta məzənnəsinin təyin edilməsi zamanı əcnəbi valyuta baza valyutası, milli valyuta isə kotirovka valyutası qismində çıxış edir. Belə kotirovka birbaşa, yaxud qiymətləndirən adlanır. Bu zaman əcnəbi valyutanın dəyərinin böyüklüyü milli valyutanın vahidlərində əks olunur.