9 C
Baku
Thursday, December 12, 2024

“Rabitəbank”ın strateji baxışı və missiya bəyanatı təqdim ediləcək

“Rabitəbank” ASC-nin Müşahidə Şurasının noyabrın 5-də qəbul etdiyi qərara əsasən, dekabrın 25-də, saat 17:00-da Bankın səhmdarlarının növbəti ümumi iclası keçiriləcək.

Banker.az bildirir ki, yığıncaq “Rabitəbank”ın Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanındakı baş ofisində olacaq.

Yığıncağın gündəliyinə Bankın 2019-2021-ci illər üzrə tərtib edilmiş Strateji Planına əsasən onun strateji baxışının və missiya bəyanatının təqdim edilməsi, eləcə də cari və təşkilati məsələlər daxildir.

©Report

Son xəbərlər
Digər xəbərlər