-1 C
Baku
Sunday, December 15, 2024

Nant universiteti

Nant universiteti tələbə sayına görə Fransanın ikinci universitetidir. 2005-2006-cı illərdə burada 33000-dən çox tələbə təhsil alırdı. 

Nant universitetinin əsası Bretonskiy II Fransiskin təşəbbüsü ilə 1460-cı ilin 4 aprelində qoyulmuşdu. Universitetdə həmin dövrün bütün elmləri tədris olunurdu: teologiya, kanon hüquq, mülki hüquq, tibb və incəsənət. 1735-ci ildə kralın qərarı ilə hüquq fakultəsi Renn şəhərinə köçürülür. 1793-cü ilin avqust ayında Nant universiteti bağlanmışdı. Onu ali məktəblər əvəz edir.

1961-ci ilin 29 dekabrında Nant “universitet” titulunu qazanır. 1962-ci ildə üç yeni fakültə (təbiət elmləri, humanitar elmlər və hüquq) Erdrin sahilində yerləşən kampusda yerləşdirirlər.

Nant universitetinin fakültələri və məktəbləri:

Hüquq, iqtisadiyyat və idarəçilik (Faculte de Droit et Sciences economiques et de gestion (Faculty of Law) fakultələri.

Tibb fakültəsi

Təbiət elmləri fakultəsi (Faculte de Sciences).

Dillər fakultəsi (Faculte de Langues).

• Humanitar və sosial elmlər fakultəsi (Faculte de Lettres et Sciences Humaines.
• Ali Politexnik məktəb (Ecole Polytechnique de Nantes).

Tarixi faktlar

23.04.2001 Nant universitetində istirahət otağı yadalıb. Gün ərzində istənilən tələbə gedib həmin otaqda yata bilər. İstirahət otağını bir çox tələbənin müharizələr zamanı yatdıqları üçün açmışdılar.

İstirahət otağında hər kəs nizam-intizama riayət etməlidir. Burada siqaret çəkmək, qucaqlaşmaq və s. olmaz. Dizayner tələbələr istirahət otağını özləri tərtib etmişlər: divanlar üzərinə yastıqlar qoyublar, otaq solmuş çəhrayı işıqla işıqlandırılır.

04.06.2003 Nant universitetinin alimləri doktor Joziana Fonteyn- Perunun rəhbərliyi altında latent geninin aktivləşdirmək sayəsində dişi olan cücə yaratmışdılar. Dişləri olan son quşlar 70 il bundan əvvəl, dinozavrların vaxtında tələf olmuşdular.

Genetiklər toyuqların genomunda dişlərin uzanmasına cavabdeh olan gen aşkarlamışdılar. Əgər quşlarda genlərin «əmrinə» tabe olan hüceyrələr qalsaydı, onların dişləri olacaqdı. Siçanlarda isə belə hüceyrələr var. Siçanların implant olunmuş hüceyrələri çənə bölgəsində embrionlara yerləşdirilirdilər və nəticədə, tamamilə adi cücələr əmələ gəlmişdi, lakin onların dişləri var. Alınmış hibridi şərti olaraq «ximera» adlandırmışdılar.

Alimlər hesab edirlər ki, buna bənzər üsullarla yaşlı insanlarda dişlərin çıxmasına cavabdeh olan və həmçinin keçəlləşən insanlarda saçların çıxmasına cavabdeh olan hüceyrələri aktivləşdirmək olar.

Tədqiqatın nəticələri Proceedings of the National Academy of Sciences dərc olunublar.

Son xəbərlər
Digər xəbərlər